[b]Milli üzvü üçün 90 dəqiqə, komandası qalib gəldi[/b]
23.04.2017 - 18:03
[b]Milli üzvü üçün 90 dəqiqə, komandası qalib gəldi[/b]

Futbol üzrə Ukrayna çempionatında XXVI tur davam edir. Apasport.az saytının məlumatına görə, Azərbaycan yığmasının müdafiəçisi Pavel Paşayevin komandası - "Stal" da növbəti matçına çıxıb.

 

Sözügedən klub doğma meydanda "Zvezda" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu görüşdən qələbə ilə ayrılıb – 1:0.

 

Oyuna start heyətdə başlayan Paşayev 90 dəqiqə meydanda olub.

 

Qeyd edək ki, “Stal” 26 turdan sonra 31 xalla ikinci altılıqda yer alan və elitada qalmaq uğrunda mübarizə aparan komandalar arasında 1-ci pillədə qərarlaşıb.

0