[b]Elxan Abdullayev səhv etdi: “Neftçi”ni texniki məğlubiyyət gözləyir[/b]
23.04.2017 - 18:36
[b]Elxan Abdullayev səhv etdi: “Neftçi”ni texniki məğlubiyyət gözləyir[/b]

Azərbaycan Premyer Liqasının XXVII turunda “Neftçi” “Zirə” ilə qarşılaşır. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar”ın baş məşqçisi Elxan Abdullayev oyunun gedişində əvəzetmə edərkən səhvə yol verib.

 

Belə ki, matça start heyətində 5 yerli futbolçu ilə başlayan paytaxt klubu 67-ci dəqiqədə Ruslan Abışovun Uqo Barqasla əvəzlənməsindən sonra meydanda 4 azərbaycanlı oyunçu ilə qalıb.

 

Bu isə reqlamentin pozulması deməkdir.

 

Qeyd edək ki, reqlamentə əsasən, əcnəbi oyunçu limitinin pozan komanda texniki məğlubiyyətlə cəzalandırılır.

0