[b]Ardıcıl 7-ci çempionluq[/b]
24.04.2017 - 09:33
[b]Ardıcıl 7-ci çempionluq[/b]

Çempionlar Liqasının daha bir iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Pireyin “Olimpiakos” klubu Yunanıstan çempionu adını qazanmaqla qitənin ən nüfuzlu klub turnirinə vəsiqə əldə edib.

 

Pireylilər çempionatın sonuna 1 tur qalmış qızıl medalları təmin edib. Öz meydanında PAS üzərində 5:0 hesablı qələbə qazanan “Olimpiakos”  PAOK-la 6 xallıq fərqi qoruyub.

 

Qeyd edək ki, “Olimpiakos” ardıcıl 7-ci, ümumilikdə 29-cu dəfə ölkə çempionu olub. Pirey təmsilçisi Çempionlar Liqasında II təsnifat mərhələsindən mübarizəyə qoşulacaq.

 

0