[b]Yaxşı ki, AZAL var...[/b]
24.04.2017 - 11:20
[b]Yaxşı ki, AZAL var...[/b]

“Kəpəz” səfər oyunlarındakı qələbə həsrətinə son qoyub. Apasport.az saytının məlumatına görə, ardıcıl 8 dəfə rəqib meydanından qələbəsiz dönən qərblilər Premyer Liqanın XXVII turunda AZAL-a qalib gəlib.

 

Paytaxtdakı matçda 2:1 hesablı qələbə əldə edib Gəncə klubu sonuncu dəfə də məhz AZAL-ın meydanında qalib gəlmişdi. Ötən il oktyabrın 16-da 1:0 hesabına sevinən Şahin Diniyevin yetirmələri sonrakı 8 səfərdə vur-tut 1 xal əldə etmişdi.

 

Qeyd edək ki, “Kəpəz” 189 gündən sonra səfər sindromunu qırmaqla mövsümdə 2-ci dəfə rəqib meydanında 3 xal qazanıb.

0