[b]Elxan Abdullayevin “xoşbəxt rəqəm”i[/b]
24.04.2017 - 12:30
[b]Elxan Abdullayevin “xoşbəxt rəqəm”i[/b]

Azərbaycan Premyer Liqasının sonuna 1 tur qalmış “Neftçi”nin tutacağı yer müəyyənləşib. Apasport.az saytının məlumatına görə, “ağ-qaralar” 8 komandalı çempionatı 7-ci yerdə başa vuracaq.

 

Bu hadisə İntizam Komitəsində rəsmiləşəcək. Məhz qurumun qərarından sonra Elxan Abdullayevin yetirmələri “xoşbəxt rəqəm”ə qovuşacaq.

 

Turnir cədvəlinin aşağısından 2-ci olub, yalnız I diviziona yuvarlanan AZAL-ı qabaqlayan “Neftçi” hazırda 30 xalla 7-cidi. İndiki vəziyyətdə bakılılar 32 xala malik “Sumqayıt”ı keçmək və 6-cı olmaq üçün nəzəri şanslara malikdi.

 

Lakin “Zirə” ilə XXVII turun oyununda (2:2) limiti pozan Elxan Abdullayevin komandası həmin görüşdəki 1 xaldan məhrum olacaq. Hesabı 29-a azalacaq paytaxt təmsilçisi 6-cılıq şansını da əldən verəcək. Çünki şəxsi oyunlarda “Sumqayıt”dan geri qalan (0:2, 1:2, 0:2, 1:0) bakılılar xal sayında onlara çatsa da, 7-ci yerdən yüksəyə qalxmayacaq.

 

Qeyd edək ki, “Neftçi”nin antirekordu 8-ci yerdi. Bakılılar 1993/94 və 2008/09 mövsümlərində indikindən də aşağı pillədə qərarlaşıb.

 

0