[b]“İnter”in 3 futbolçusu “Neftçi”yə keçir[/b]
24.04.2017 - 17:03
[b]“İnter”in 3 futbolçusu “Neftçi”yə keçir[/b]

“İnter”in futbolçusu Nizami Hacıyev mövsümlərarası fasilədə “Neftçi”yə keçəcək. Apasport.az saytının məlumatına görə, bunu “İnter”in baş məşqçisi Zaur Svanadze açıqlayıb.

 

Premyer Liqanın XXVII turunun “Qəbələ” ilə matçından (3:4) sonra keçirilən mətbuat konfransında çıxış edən gürcüstanlı mütəxəssis əsas heyət üzvlərini itirməkdə olduqlarını bildirib.

 

Əvvəllər AZAL, “Inter”, “Qəbələ”, MOİK və “Xəzər Lənkəran”da oynamış 29 yaşlı yarımmüdafiəçi üçün “Neftçi” yeni komandadı. Premyer Liqada 247 oyunda 31 qol vuran yarımmüdafiəçi 250-ci yubiley matçını yeni mövsümdə yeni komandası ilə keçirəcək. Bunların yarıdan çoxunu “İnter”də keçirən Nizami 133 matçda 26 qol vurub. Cari mövsümdə isə kapitan 23 qarşılaşmada meydana çıxıb və 7 qol vurub.

 

Svanadze “İnter”in kapitanı olan Nizaminin karyerasını “Neftçi”də davam etdirəcəyini qeyd edib. Mütəxəssis vurğulayıb ki, Səlahət Ağayev və Tərlan Quliyevin də “ağ-qaralar”a keçməyə yaxındı.

 

Ağayevin “Neftçi” ilə ilkin danışıqlar apardığı öncədən bəlli idisə, Qulıiyevin “Neftçi”yə keçidi qayıdış kimi dəyərləndirilməlidi. 2009-14-cü illərdə “ağ-qaralar”ın formasını geyinən, bir müddət “Sumqayıt”a da icarəyə verilən müdafiəçi 3 ildən sonra sabiq komandasına dönür. Bu müddətdə Tərlan “Kəpəz”, “Qarabağ” və “İnter”də çıxış edib. O, Premyer Liqada 121 oyunda 1 qol vurub.

 

0