İbrahimoviçin zədəsi ilə bağlı xəbər var
24.04.2017 - 20:50
İbrahimoviçin zədəsi ilə bağlı xəbər var

Zlatan İbrahimoviçin zədəsi ilə bağlı yeni xəbər yayılıb. Apasport.az saytının məlumatına görə, "Mançester Yunayted"in futbolçusu dizindən əməliyyat olunacaq.

 

Britaniya mətbuatında gedən informasiyalarda əməliyyat çərşənbə günü, Pitsburqda gerçəkləşəcəyi bildirlib.

 

Qeyd edək ki, Avropa Liqasının 1/4 finalında "Anderlext"lə cavab oyununda zədələnən Z.İbrahimoviçin gələn ilim yanvarına kimi yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

0