“İnter”ə “ev həbsi”
24.04.2017 - 21:11
Milanın “İnter” klubunun rəhbərliyi radikal qərarla diqqət mərkəzinə gəlib. Apasport.az saytının məlumatına görə, klubdan verilən rəsmi açıqlamada komandaya aprelin 25-dən 30-na kimi bazadan kənara çıxmaq qadağan olunduğu bildirilib.
Buna səbəb isə “neradzurra”nın ardıcıl 5 oyunda qələbəyə həsrət qalmasıdır. Geridə qalan 5 matçda 2 heç-heçə edən milanlılar 3 dəfə də məğlubiyyətlə barışmalı olublar. Bu isə baş məşqçi Stefano Piolinin belə qərar verməsinə səbəb olub.
Qeyd edək ki, “İnter” aprelin 30-da “Napoli” ilə qarşılaşacaq.
0
0