Vidala şok xəbər: ...başından vurulub
24.04.2017 - 22:01
Vidala şok xəbər: ...başından vurulub

“Bavariya”nın çilili futbolçusu Arturo Vidal şok xəbər alıb. Apasport.az-ın Almaniyanın “Bild” nəşrinə istinadən məlumatına görə, Vidalın bacısının əri Neyra Quera silahlı hücuma məruz qalıb.

 

Hadisə Çilinin paytaxtı Santyaqoda baş verib. Maşını park edən Quera naməlum şəxslərin silahlı hücumuna məruz qalıb.

 

O, aldığı 6 güllə yarasından hadisə yerindəcə dünyasını dəyişib. Polisin yaydığı məlumata görə, Quera narkotik qaçaqmalçılarının hücumuna məruz qalıb. 

 

Qeyd edək ki, Neyra Quera Vidalın 27 yaşlı bacısı Ambar Vidal Pardo ilə evli idi.

0