[b]Ən “qırmızı” oyunçu – Serxio Ramos[/b]
25.04.2017 - 00:27
“Real”ın müdafiəçisi Serxio Ramos antirekorda imza atıb. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, “Barselona” ilə oyunda meydandan qovulan futbolçu karyerasında 22-ci dəfə “qırmızı” ilə cəzalandırılıb.
Bu isə ispan klublarında çıxış edən futbolçular üçün rekorddur. Ramısa qədər ən çox meydandan qovulan futbolçu “Saraqosa”nın müdafiəçisi Xavi Aquado olub – 21 dəfə.
Qeyd edək ki, Ramos 17 dəfə La Liqada, 2 dəfə İspaniya kubokunda, 3 dəfə isə avrokuboklarda meydandan uzaqlaşdırılıb.
0
0