[b]Bir il sonra yenidən Premyer Liqada[/b]
25.04.2017 - 01:27
[b]Bir il sonra yenidən Premyer Liqada[/b]

“Nyukasl” İngiltərə Çempionşipin 44-cü turunda “Preston”a qalib gəlib. Apasport.az saytının məlumatına görə, 4:1 hesablı qələbə ilə “sağsağanlar” Premyer Liqaya çıxmağı təmin edib.

 

Rafael Benitezin komandası hazırda turnir cədvəlinin ikinci pilləsində qərarlaşsa da, liderlik şansları davam edir.

 

Qeyd edək ki, ötən mövsüm çempionatı 18-ci pillədə tamamlamış “Nyukasl” aşağı liqaya yuvarlanmışdı. 

0