[b]Avropa çempionları Bakıya döndü[/b] - VİDEO
25.04.2017 - 01:43
[b]Avropa çempionları Bakıya döndü[/b] - VİDEO

Polşanın paytaxtı Varşavada keçirilən Avropada çempionatında uğur qazanan cüdo üzrə Azərbaycan millisi bu gün Bakıya qayıdıb. Apasport.az saytının məlumatına görə, qitənin ən möhtəşəm yarışından yeni rekordla qayıdan komandamız saat 01:30-da Heydər Əliyev Beynəlxalq Hava Limanına enib.

 

Fərdi yarışda 11, komanda mübarizəsini də nəzərə alsaq, səfərə 13 idmançı ilə yollanan millimiz Varşavada 5 medal qazanıb. Belə ki, təmsilçilərimizdən 73 kq çəki dərəcəsində tatamiyə çıxan Hidayət Heydərov və 100 kq çəki dərəcəsində qüvvəsini sınayan Elxan Məmmədov bütün rəqiblərinə qalib gəlməklə, Avropa çempionu tituluna yiyələniblər.

 

Fərhad Məmmədovun digər yetirmələrindən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq) və Rüstəm Orucov (73 kq) isə yarışı bürünc medalla başa vurublar.

 

Bu nəticəyə əsasən yığmamız ümumi komanda hesabında 4-cü, kişi cüdoçularımız isə ikinci yeri tutub.

 

Azərbaycan Avropa çempionatının komanda yarışında da iştirak edib. Yığmamız bürünc medal uğrunda döyüşə kimi irəliləsə də, Məmmədəli Mehdiyevin (90 kq) zədəsinin özünü göstərməsi və döyüşü dayandırması təmsilçimizə və komandamıza texniki məğlubiyyətin verilməsi ilə nəticələnib.

0