[b] “İnter”dən “İnter”ə[/b]
25.04.2017 - 09:58
[b] “İnter”dən “İnter”ə[/b]

Azərbaycan Premyer Liqasının gümüş mükafatçısı “Qəbələ”nin qələbə həsrəti sona çatıb. Apasport.az saytının məlumatına görə, XXVII turda “İnter”i 4:3 hesabı ilə məğlub edən əyalət klubu 5 matçlıq qələbəsizliyə son qoyub.

 

Sonuncu dəfə XXI turun martın 4-də keçirilən matçında məhz “İnter”ə qalib gələn Roman Qriqorçukun yetirmələri 51 gündən sonra 3 xala sevinib. Bununla, “Qəbələ” IV dövrədə ilk dəfə qalib gəlib.

 

“Qırmızı-qaralar” dövrəyə “Neftçi”yə məğlubiyyətlə başlayıb, ardınca AZAL, “Zirə” (hər ikisi 1:1), “Qarabağ”la (0:0) heç-heçə edib və “Kəpəz”ə (0:2) uduzub.

 

0