[b]Səhv düşəndə qapılar: “İnter” “Neftçi”yə yaxınlaşdı[/b]
25.04.2017 - 10:52
[b]Səhv düşəndə qapılar: “İnter” “Neftçi”yə yaxınlaşdı[/b]

Azərbaycan Premyer Liqasında mövsümün 7-ci avtoqol qeydə alınıb. Apasport.az saytının məlumatına görə, növbəti uğursuz XXVII turda qapıları səhv salıb.

 

Adrian Skarlatake “İnter”in “Qəbələ” ilə səfər matçında öz qapısına qol vurub.

Bununla, Qəbələnin eyniadlı təmsilçisi ən çox avtoqola sevinən komanda olub.

 

Skarlatakeyədək Jairo Rodriges (“Neftçi”) və Renan Silva (“Kəpəz”) da “qırmızı-qaralar”la oyunda xətaya yol vermişdi. Rəqiblərin öz qapısına qol vurmasından yararlanan digər iki klub – “Qarabağ”la “Zirə” hərəyə 2 dəfə belə hadisəyə sevinib. Sonuncular Georgi Navalovski (“Neftçi”) və Denis Silvanın (“Inter”) cətasına sevinsə, ağdamlılar Jairo Rodrigesin (“Neftçi”) 2 avtoqoluna şahid olub.

 

Maraqlıdı ki, avtoqola sevinənlər kimi üzülənlərin də sayı 3-dü. “Neftçi” rekord sayda – 4 belə halla üzləşib. Jairo Rodriges 3, Georgi Navalovski 1 dəfə öz qapısını nişan alıb. Skarlatake “İnter”in 2-cu belə üzüntüsünə səbəb olub. Onadək Denis Silva da qapıları səhv salmışdı. Paytaxtdan kənarı təmsil edən klubların yeganə avtoqoluna isə Renan Silva imza atıb.

 

0