[b]Ruslan Abışov açıqladı: “Qarabağ”a qarşı oynayacaqmı?[/b]
25.04.2017 - 12:05
[b]Ruslan Abışov açıqladı: “Qarabağ”a qarşı oynayacaqmı?[/b]

“Neftçi”nin futbolçusu Ruslan Abışovun durumuna aydınlıq gəlib. Apasport.az saytı xəbər verir ki, Azərbaycan Premyer Liqasının XXVII turunda “Zirə” ilə matçda zədələnərək, əvəzlənmək məcburiyyətində qalan 29 yaşlı oyunçu tibbi müayinədən keçib.

 

Öncə Ruslanın zədəsinin ciddi olduğu ehtimal edilsə də, müayinə başqa nəticəni ortaya çıxarıb. Məlum olub ki, təcrübəli futbolçunun yaşıl meydanlardan uzaq qalması üçün səbəb yoxdu.

 

Abışov əməkdaşımızla söhbətdə vəziyyətinə aydınlıq gətirib. O bildirib ki, ölkə çempionatının son turunda “Qarabağ”la görüşdə komandasına kömək edə biləcək: “Tibbi müayinədən keçdim. Zədəm ciddi deyil. Sabah kollektivlə məşqlərə başlayacağam. İnşallah, “Qarabağ”la oyunda iştirak edəcəyəm”.

 

Qeyd edək ki, Ruslan Abışov “Zirə” ilə matçın 68-ci dəqiqəsində Uqo Barqasla əvəzlənmişdi.

 

0