[b]Svanadzenin siftəsi və ya əcnəbi “11-lik”[/b]
25.04.2017 - 12:25
[b]Svanadzenin siftəsi və ya əcnəbi “11-lik”[/b]

Azərbaycan Premyer Liqasında mükafatçıların siyahısının tam bəlli olması bir ilki rəsmiləşdirib. Apasport.az saytının məlumatına görə, “İnter” klubunun baş məşqçisi Zaur Svanadze ölkəmizdə ilk medalını qazanıb.

 

Gürcüstanlı mütəxəssis komandasını bürünc medallara daşıyıb. Bununla, Azərbaycan çempionatlarında mükafatçılar sırasına düşən legioner baş məşqçilərin sayı 11-ə çatıb.

 

Bu “11-lik” ümumilikdə 18 medal qazanıb. Onlardan üçü qızıl, yeddisi gümüş, səkkizi bürüncdü. Svanadze Kaxaber Sxadadzedən sonra ölkəmizdə medal əldə edən ikinci gürcüstanlıdı. Ukraynadan daha çox – 4, Türkiyədən isə 2 çalışdırıcı bunu bacarıbsa, digər 3 ölkənin – Rusiya, Rumıniya və Makedoniyanın 1 təmsilçisi var.

 

Ölkələr üzrə medal sayında Ukrayna və Gürcüstan öndədi. “Qəbələ” ilə 3-cü dəfə medal qazanan, 2 “bürünc”ünə 1 “gümüş” əlavə edən Roman Qriqorçuk bu ölkə təmsilçilərinin 7-ci uğuruna sevinib. Ukraynalılar 1 qızıl, 2 gümüş və 4 bürünc medal əldə edib. Gürcüstanlıların aktivində 1 qızıl, 2 gümüş və 3 bürünc medal var.

 

Svanadze “İnter”ə medal qazandıran 3-cü əcnəbidi. Kaxaber Sxadadze və Valentin Xodukinlə birlikdə bu “üçlük” 2 çempionluq, 3 gümüş və 3 bürünc, ümumilikdə 8 medalın memarı olub. “Qəbələ”, “Xəzər Lənkəran” və “Bakı”da 2, “Neftçi” və “Simurq”da bir legioner fərqlənib.

 

Ayrı-ayrı məşqçilərə gəlincə, əcnəbi “11-lik”də lider Sxadadzedi. Onun hesabında 1 qızıl, 2 gümüş və 2 bürünc medal var. Birdən artıq medalı olan digər iki mütəxəssis Ukrayna təmsilçiləridi. Valentin Xodukin əyarlar üzrə 2-cidi. O, 1 qızıl və 1 gümüşə sevinib. Medalların ümumi sayında 2-ci yerdə isə Roman Qriqorçukdu. 2 bürüncə 1 gümüş əlavə edən “Qəbələ”li 3 dəfə “üçlük” sevinci yaşayıb.

 

Baş məşqçi

Qızıl

Gümüş

Bürünc

Kaxaber Sxadadze (“İnter”, Gürcüstan)

1

2

2

Valentin Xodukin (“İnter”, Ukrayna)

1

1

0

Qyoko Hacıyevski (“Bakı”, Makedoniya)

1

0

0

Roman Qriqorçuk (“Qəbələ”, Ukrayna

0

1

2

Cüneyt Biçər (“Bakı”, Türkiyə)

0

1

0

Rasim Kara (“Xəzər Lənkəran”, Türkiyə)

0

1

0

Mirça Rednik (“Xəzər Lənkəran”, Rumıniya)

0

1

0

Anatoli Demyanenko (“Neftçi”. Ukrayna)

0

0

1

Roman Pokora (“Simurq”, Ukrayna)

0

0

1

Yuri Syomin (“Qəbələ”, Rusiya)

0

0

1

Zaur Svanadze (“İnter”, Gürcüstan)

0

0

1

Cəmi

3

7

8

 

0