[b]“Neftçi” məşqçilərini cərimələyir[/b]
25.04.2017 - 15:02
[b]“Neftçi” məşqçilərini cərimələyir[/b]

Premyer Liqanın XXVII turunda “Zirə” ilə səfər qarşılaşmasında legioner limitini pozan “Neftçi”yə texniki məğlubiyyət verilib. Apasport.az saytı xəbər verir ki, paytaxt klubu AFFA İntizam Komitəsinin bu qərarına etiraz etməyib.

 

Klub rəsmi saytı vasitəsilə məşqçilər heyətinin cərimələnəcəyini vurğulayıb: “AFFA-nın İntizam Komitəsinin qərarına hörmətlə yanaşırıq və buna etirazımız yoxdu. Təəssüf ki, legioner limiti olan çempionatlarda bəzən bu cür səhvlər olur. Bu səhvə görə, əsas komandanın məşqçilər heyəti cərimələnəcək”.

 

Qeyd edək ki, 2:2 hesabı ilə başa çatan matçın 68-ci dəqiqəsində Ruslan Abışovun əvəzinə meydana Uqo Barqasın daxil olması legioner limitinin pozulmasına səbəb olub.


 

 

0