[b]Lənkərandan Qəbələyə 1221 günə: 3 qol vurub uduzanlar[/b]
25.04.2017 - 15:12
[b]Lənkərandan Qəbələyə 1221 günə: 3 qol vurub uduzanlar[/b]

Azərbaycan Premyer Liqasının XXVII turu nadir hallarda rast gəlinən hesabla başa çatıb. Apasport.az saytının məlumatına görə, turun son qarşılaşmasında “Qəbələ” “İnter”i 4:3 hesabı ilə məğlub edib.

 

7 qol vurulan görüşün özəlliyi ondadı ki, rəqib qapısına 3 dəfə yol tapan komandalar təsadüfi hallarda uduzur. “İnter”in də uduzduğu matç bu qəbildən oyunlardandı.

 

Düzdü, cəmi 3 gün öncə I divizionun “Göyəzən” – “Mil-Muğan” qarşılaşmasında qonaqlar 7:3 hesabı ilə qalib gəlib. Amma Premyer Liqada nəinki cari mövsümdə, heç 2015/16 və 2014/15 mövsümlərində də 3 qol vuranlar xalsız qalmamışdı.

 

Son belə hadisə isə 2013/14 mövsümünə təsadüf edib. Həmin çempionatın ilk yarısında birdən-birə iki oyunda 4:3 hesabı qeydə alınıb.

 

Yəni, hər iki matç 2013-cü ildə baş tutub. Noyabrın 3-də keçirilən matçın iştirakçılarından biri məhz “Qəbələ” olub. Üç qol buraxdığı oyunda “İnter”i udan əyalət komandasını hələ Yuri Syomin çalışdırırdı. Onda “qırmızı-qaralar” “Qarabağ”la səfər matçında 3:4 hesabına üzülmüşdü.

 

Amma sonuncu belə nəticə “Qarabağ” – “Qəbələ” matçında yaşanmayıb. 2013-cü il dekabrın 20-də “Xəzər Lənkəran” evdə “Sumqayıt”a qalib gəlib – 4:3. Lənkərandakı görüşdən 1221 gün sonra eyni məhsuldarlıq Qəbələdə yaşanıb.

0