[b]İslamiada: Yığmamızın əsas rəqibi Bakıya tam heyətlə gəlmir[/b]
25.04.2017 - 16:05
[b]İslamiada: Yığmamızın əsas rəqibi Bakıya tam heyətlə gəlmir[/b]

Qazaxıstan Boks Federasiyası mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında iştirak edəcək idmançılarının adlarını açıqlayıb. Apasport.az saytının məlumatına görə, asiyalılar paytaxtımızda bütün çəki dərəcələrində təmsil olunmayacaq.

 

Buna səbəb komandanın aparıcı üzvlərinin Asiya çempionatına hazırlığıdı. Yığmamızın əsas rəqibi Bakıya Azat Maxmetov (52 kq), Nurbol Kaljanov (56 kq), Sultan Zaurbek (60 kq), Kulan Kuatov (64 kq), İlya Oçkin (69 kq), Tursınbay Kylaxmet (75 kq) və Nurlan Saparbayla (+91 kq) gələcək.

 

Onlar mayın 9-da paytaxtımızda olacaq və 10 gün sonra geri qayıdacaqlar.

 

Qeyd edək ki, boks yarışları mayın 12-18-də “Kristal Zal-2”də keçiriləcək.  

 

0