[b]Millimiz Bosniya və Herseqovinaya uduzdu[/b]
25.04.2017 - 16:31
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Monteneqronun Podqoritsa şəhərində təşkil olunmuş UEFA İnkişaf turnirində ilk oyununu keçirib. Apasport.az AFFA-nın saytına istinadən xəbər verir ki, Bosniya və Herseqovina komandası ilə qarşılaşan futbolçularımız məğlub olub.
Belə ki, qarşılaşma millimizin 0:3 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Qeyd edək ki, yığmamız turnirdə növbəti oyununu aprelin 27-də Monteneqro komandasına qarşı keçirəcək.
0
0