[b]50-ci ev məğlubiyyəti[/b]
25.04.2017 - 16:31
[b]50-ci ev məğlubiyyəti[/b]

Azərbaycan Premyer Liqasının XXVII turunda “Kəpəz”lə qarşılaşan AZAL öz meydanında 1:2 hesabı ilə məğlub olub. Apasport.az saytının məlumatına görə, bu yenilgi paytaxt təmsilçisinin tarixinə mənfi mənada yubiley kimi düşüb.

 

Bakılılar ev oyunlarında 50-ci dəfə məğlub olublar. Bu qarşılaşmayadək 49 dəfə öz meydanında uduzan AZAL mövsümün son ev oyununda 100-ü yarılayıb.

 

2005/06 mövsümündən güclülər dəstəsində çıxış edən komanda öz meydanında ümumilikdə 180 oyun keçirib. 82 qələbə və 48 heç-heçəsi olan paytaxt klubu 231 qol vurub, 160-nı buraxıb.

 

0