Natalya Məmmədova ən yaxşılar siyahısına düşməyib
09.04.2008 - 15:24
Natalya Məmmədova ən yaxşılar siyahısına düşməyib
Bakı. Kənan – APA-Sport. İsveçrə Voleybol Federasiyası başa çatan mövsümün yekunlarına əsasən, ən yaxşı voleybolçuların adlarını açıqlayıb. “APA-Sport” agentliyinin məlumatına görə, Sürix şəhərinin “Volero” klubuna məxsus olan milli komandamızın lideri Natalya Məmmədova fərqləndirilənlər sırasında yer almayıb. Çempionatın ən yaxşı qadın voleybolçusu üçün təsis edilən mükafat həmyerlimizin komanda yoldaşı Robin Santosa təqdim edilib.
Qeyd edək ki, N.Məmmədova “Volero”nun heyətində İsveçrə çempionatının qızıl medalını qazanıb.
0