[b]Beylin durumuna aydınlıq gəldi[/b]
25.04.2017 - 16:57
[b]Beylin durumuna aydınlıq gəldi[/b]

“Real”ın hücumçusu Qaret Beylin durumuna aydınlıq gəlib. Apasport.az saytının İspaniya mətbuatına istinadən məlumatına görə, uelsli futbolçu bir müddət komandasına kömək edə bilməyəcək.

 

La Liqanın XXXIII turunda “Barselona” ilə qarşılaşmanın 35-ci dəqiqəsində zədələnərək əvəzlənən Beylin sol ayaq əzələsində ikinci dərəcəli zədə aşkarlanıb. Futbolçunun minimum 3 həftə yaşıl meydanlardan uzaq qalacağı dəqiqləşib. Bu isə o deməkdi ki, Beyl Çempionlar Liqasının yarımfinal mərhələsində “Atletiko” ilə hər iki matçı, eləcə də La Liqa çərçivəsində “Deportivo”, “Valensiya”, “Qranada” və “Sevilya” ilə oyunları buraxacaq.

 

Qeyd edək ki, “Real” – “Barselona” matçı qonaqların 3:2 hesablı qəbələsi ilə nəticələnib.

0