[b]Maşallah Əhmədovun vəkili: Dəymiş ziyan şişirdilib[/b]
25.04.2017 - 17:30
[b]Maşallah Əhmədovun vəkili: Dəymiş ziyan şişirdilib[/b]

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib.

 

APA-nın məlumatına görə, prosesdə hakim Faiq Qasımov bildirib ki, İrandan  daşların gətirilməsi və gömrük xərcləri ilə bağlı Dövlət Gömrük Komitəsinə sorğu göndərilib. Hakim zərərçəkmiş şəxsdən dəymiş ziyanla bağlı dəqiq məbləği təqdim etməsini istəyib.

 

M. Əhmədovun vəkili bildirib ki, dəymiş ziyan şişirdilib, ekspertiza yüksək məbləğ hesablayıb.

 

Proses mayın 10-da davam etdiriləcək.

 

Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə M. Əhmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

 

M. Əhmədov 2015-ci il dekabrın 14-də Binəqədi rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb. İlkin məlumata görə, bizneslə məşğul olan “Neftçi”nin keçmiş futbolçusu bir neçə nəfərə 150 min manatdan artıq vəsaitə xaricdən daş plitə gətirəcəyini vəd edib. Lakin o, sözünə əməl etməyib və həmin şəxslərin pulunu qaytarmayıb. Binəqədi rayon Məhkəməsi M. Əhmədov barəsində ev dustaqlığı ilə bağlı qərar çıxarsa da, Bakı Ağır Cinayətlər Məhkəməsi onun 8 il azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb.

0