[b]“Maradona və Messidən güclü olmuşam” - Romario[/b]
25.04.2017 - 18:47
[b]“Maradona və Messidən güclü olmuşam” - Romario[/b]

Braziliya yığmasının və “Barselona”nın keçmiş hücumçusu Romario maraqlı açıqlaması ilə diqqət çəkib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, sabiq futbolçu özü ilə argentinalılar – Dieqo Maradona və Lionel Messi arasında müqayisə aparıb.

 

Maradonanı Messidən üstün sayan Romario özünün daha güclü futbolçu olduğunu vurğulayıb: “Maradona Messidən üstündü. Bunu Dieqonun milli komandada etdiklərini nəzərə alaraq, deyirəm. Amma hər ikisinə hörmətimi bildirməklə yanaşı, onlardan daha güclü futbolçu olduğumu deməliyəm”.

 

Qeyd edək ki, Romario Braziliya yığmasında keçirdiyi 70 oyunda 55 qola imza atıb. 

0