[b]Yığmamızın oyunçularından fərqli göstəricilər[/b]
26.04.2017 - 10:12
[b]Yığmamızın oyunçularından fərqli göstəricilər[/b]

Türkiyə Sultanlar Liqasında 5-8-ci yerlər uğrunda matçlar başa çatıb. Apasport.az saytının məlumatına görə, seriyanın 3-cü oyunları Azərbaycan millisinin oyunçuları üçün fərqli nəticələrlə yekunlaşıb.

 

Belə ki, Yana Kulanın çıxış etdiyi “Çanakkale Bld” “Halkbank”la üz-üzə gəlib. Görüş 3:2 (23:25, 25:17, 25:18, 17:25, 15:11) hesabı ilə təmsilçimizin xeyrinə yekunlaşıb. Hücumçumuz matçda 11 xal toplayıb.

 

Seriyada 2:1 hesabı ilə önə keçən “Çanakkale Bld” isə 5-ci yer uğrunda mübarizə aparacaq. Onların rəqibi “Bursa BŞB” olacaq.

 

Bursalılar isə millimizin blokçusu Kseniya Pozniyakın şərəfini qoruduğu “Beşiktaş”ı üstələyiblər. Onlar 3-cü dueli 3:1 (25:13, 20:25, 25:16, 25:17) hesabı ilə aktivlərinə yazmaqla, “qara qartallar”ı qabaqlayıblar.

 

Kseniya start heyətində meydana girsə də, ilk hissədən sonra əvəzlənib və 4-cü setdə yenidən “altılığ”a qoşulub.

 

Bu səbəbdən də “Beşiktaş” 7-ci yer uğrunda “Halkbank”la gücünü yoxlayacaq. 

0