[b]“Hər gün onun qərarını dəyişməyə çalışıram” - FOTO[/b]
26.04.2017 - 10:55
[b]“Hər gün onun qərarını dəyişməyə çalışıram” - FOTO[/b]

“Lam “Bavariya” üçün çox vacib futbolçudu. O, komanda yoldaşlarına əsl örnəkdi”. Apasport.az saytı xəbər verir ki, bu sözləri “Bavariya” klubunun baş məşqçisi Karlo Ançelotti deyib.

 

Almaniya mətbuatına açıqlama verən təcrübəli çalışdırıcı Filipp Lamın mövsümün sonunda karyerasını bitirmək qərarı haqda danışıb.

 

O, 33 yaşlı müdafiəçini fikrindən döndərməyə çalışdığını bildirib: “Lamın oyunçu keyfiyyətləri və peşəkarlığı məni valeh edir. Hər gün onunla danışıram, qərarını dəyişməyə çalışıram. Hələ ki, bunun faydası olmayıb. Amma yenə də Lamın fikrindən daşınacağına ümid edirəm. Onunla bu mövzu barədə tez-tez zarafatlaşıram. Fikrimcə, qərarı qətidi. Əgər karyerasını davam etdirmək istəsə, onu meydanda bu qədər çox qaçmamaq üçün yarımmüdafiə xəttinə keçirəcəyik”.

 

Qeyd edək ki, “Bavariya”nın yetirməsi olan Filipp Lam 2002-ci ildən əsas komandanın üzvüdü. 2003-2005-ci illərdə icarə əsasında “Ştutqart”da çıxış etmiş futbolçu 2004-2014-cü illərdə Almaniya yığmasının şərəfini qoruyub. 

0