[b]Aciz bombardirlərimiz sonuncular sırasında[/b]
26.04.2017 - 12:15
[b]Aciz bombardirlərimiz sonuncular sırasında[/b]

Azərbaycan Premyer Liqası bombardiri ən az qol vuran çempionatlardan biridi. Apasport.az saytının məlumatına görə, hazırda çempionatımızın ən məhsuldar oyunçularının hesabında cəmi 11 qol var.

 

“İnter”in futbolçusu Rauf Əliyevlə “Qəbələ”nin üzvü Filip Ozobiç məhz bu qədər qola sevinib. Bu, Avropanın “payız-yaz” sistemi ilə keçirilən ölkələri arasında ən aşağı sıralardadı.

 

Təmsilçilərimiz Avropada yalnız bir ölkəni qabaqlayır. Belə ki, Ermənistan çempionatında bombardir cəmi 10 qol vurub. Məhz bu nəticə də hazırda antirekoddu.

 

Bizim bombardirlər isə Ukrayna və Monteneqro çempionatlarının ən yaxşısı qədər fərqləniblər. Hər üç yarışda 11 qol 1-ci yer üçün yetərlidi.

 

Avropa ölkələrinin bombardirləri

İspaniya – Lionel Messi (“Barselona”) – 31

Fransa – Edinson Kavani (“Napoli”) - 31

Portuqaliya – Bas Dost (“Sportinq”) – 28

Almaniya – Pyer Emerik Obameyanq (“Borussiya”) – 27

San-Marino – Marko Martini (“La Fiorita”) - 26

İtaliya – Edin Dzeko (“Roma”), Andrea Belotti (“Torino”) – 25

Şimali İrlandiya – Endryu Mitçel (“Danqannon”) - 25

İngiltərə - Romelu Lukaku (“Everton”) – 24

Cəbəllütariq – Kike Qomes (“Europa”) - 24

Malta – Bojan kalyeviç (“Baltsan”) - 23

Yunanıstan – Berq (“Panatinaikos”) – 22

Kipr – Derbişir (“Omoniya”) – 22

Uels – Ceyson Osuell (TNS) - 22

Hollandiya – Nikolai Yorqensen (“Feyenoord”) – 21

Kosovo – Otto Con (“Trepça”) - 21

Belçika – Lukaş Teodorçik (“Anderlext”) – 20

Lüksemburq – Samir Haci (“Fola”) - 20

Albaniya – Pero Pejiç (“Kukeso”) – 20

Şotlandiya – Skott Sinkleyr (“Seltik”) - 20

Bolqarıstan – Klaudiu Kaşeru (“Lidoqorets”) – 19

Serbiya – Leonardo (“Partizan”) - 19

İsveçrə - Giyom Horo (“Yanq Boyz”) – 18

Danimarka – Timu Pukki (“Brondbü”), Markus İnqvartsen (“Nordsyelland”) – 18

Andorra – Viktor Bernat (“Santa Koloma”) – 18

Bosniya və Herseqovina – İvan Lendriç (“Jelezniçar”) - 17

Türkiyə - Cenk Tosun (“Beşiktaş”) – 17

İsrail – Vidar Om Kyartanson (“Makkabi” Təl-Əviv) – 17

Slovakiya – Filip Hlohovski (“Jilina”) - 17

Rumıniya – Azdren Lullaku (“Qaz Metan”) - 16

Makedoniya – Besart İbraimi (“Şkedniya) – 16

Polşa – Marçin Robak (“Lex”) - 15

Avstriya – Deni Alar (“Şturm”) – 15

Çexiya – Milan Şkoda (“Slaviya”) – 15

Sloveniya – Luka Zahoviç (“Maribor”), Dominik Qlavina (“Rudar”) - 15

Rusiya – Fyodor Smolov (“Krasnodar”) – 14

Xorvatiya – Franko Andriyaseviç (“Riyeka”) – 14

Macarıstan – Marton Eppel (“Honved”) – 12

Moldova – Yosip Brezoveç (“Şerif”) - 12

Ukrayna – Fakundo Ferreyra (“Şaxtyor”) – 11

Azərbaycan – Rauf Əliyev (“İnter”), Filip Ozobiç (“Qəbələ”) – 11

Monteneqro – Qoran Vuyoviç (“Buduçnost”) - 11

Ermənistan – Qeqnar Arutyunyan (“Qandzasar”) - 10

0