[b]İkiqat çempion ikinci “yüzlüy”ü yarılayır[/b]
26.04.2017 - 12:35
[b]İkiqat çempion ikinci “yüzlüy”ü yarılayır[/b]

Azərbaycan Premyer Liqasının sonuncu turu “Qarabağ”ın futbolçusu Əfran İsmayılov üçün əlamətdar ola bilər. Apasport.az saytının məlumatına görə, aprelin 29-da “Neftçi” ilə oyunda şans qazansa, yarımmüdafiəçi Ağdam təmsilçisinin heyətində çempionatda yubiley matçına çıxacaq.

 

O, indiyədək klubunda 149 matç keçirib. Bu görüşlərdə 20 qol vuran yarımmüdafiəçinin orta məhsuldarlığı 0,13-dü. Əfran “Qarabağ”da 2006/07 mövsümündə debüt edib. İlk qolunu isə 2009/10 mövsümündə vurmağı bacarıb.

 

Qeyd edək ki, yarımmüdafiəçi komandası ilə 2 dəfə - 2015/16 və 2016/17 mövsümlərində ölkə çempionu adını qazanıb.

 

mövsüm

oyun

qol

2006/07

7

0

2007/08

6

0

2008/09

1

0

2009/10

27

5

2010/11

12

1

2011/12

25

6

2012/13

22

1

2015/16

29

6

2016/17

20

1

CƏMİ

149

20

 

0