[b]Azərbaycan – Şimali İrlandiya oyununun yeri dəyişdirildi[/b]
26.04.2017 - 13:06
[b]Azərbaycan – Şimali İrlandiya oyununun yeri dəyişdirildi[/b]

DÇ-2018-in seçmə mərhələsi çərçivəsində iyunun 10-da keçiriləcək Azərbaycan – Şimali İrlandiya oyununun stadionu dəyişdirilib. Apasport.az saytının məlumatına görə, qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək.

 

Öncədən matçın 8-ci km qəsəbə stadionunda keçiriləcəyi nəzərdə tutulmuşdu.

 

Qeyd edək ki, görüş saat 20:00-da başlayacaq.

 

Mənbə: affa.az

0