[b]Səlahət Ağayev “ağ-qara” formada: İlinə 270 min manat![/b]
26.04.2017 - 14:55
[b]Səlahət Ağayev “ağ-qara” formada: İlinə 270 min manat![/b]

“İnter”in daha bir futbolçusu karyerasını “Neftçi”də davam etdirəcək. Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Nizami Hacıyevdən sonra qapıçı Səlahət Ağayev də “ağ-qaralar”la hərtərəfli anlaşıb.

 

Yığma komandamızın qolkiperi yeni komandası ilə müqavilənin bütün şərtlərini razılaşdırıb. Anlaşmaya əsasən, Ağayev qarşıdakı iki mövsümü “Neftçi”də keçirəcək.

 

Nizami Hacıyev kimi, Səlahət də ilk dəfə “Neftçi” formasıni geyinəcək. Klub 2 illik müqavilə qarşılığında ona 540 min manat ödəyəcək. Belə ki, 26 yaşlı qolkiperin yeni komandasında illik maaşı 270 min (aylıq 22 min 500) manat təşkil edəcək.

 

Peşəkar karyerasına “İnter”də başlayan Səlahət Ağayev həmçinin MOİK və “Sumqayıt”da da çıxış edib. Karyerası ərzində Premyer Liqada ümumilikdə 137 matçda iştirak edən Ağayev qapısında 132 top görüb.

 

Səlahət 137 oyundan 74-də “İnter”in formasını geyinib. O, bakılıların çərçivəsində isə 74 dəfə məyus olub. Ağayev cari mövsümdə meydana çıxdığı 22 görüşdə 25 qola üzülüb.

 

 

0