[b]Həyat yoldaşını öldürən futbolçu yenidən həbs edildi[/b]
26.04.2017 - 15:06
[b]Həyat yoldaşını öldürən futbolçu yenidən həbs edildi[/b]

Ötən ay azadlığa buraxılan braziliyalı qapıçı Bruno Fernandes yenidən həbs edilib. Apasport.az saytı xarici mətbuata istinadən xəbər verir ki, “sambaçı” həyatının daha 15 ilini türmədə keçirəcək.

 

Buna səbəb Fernandesin keçmiş sevgilisi Elizu Samudonun vəhşicəsinə qətlə yetirilməsində təqsirli bilinməsidi.

 

2010-cu ildə baş verən bu hadisədən sonra “Flamenqo”nun çərçivə qoruyucusu tutulmuşdu. Ona 22 illik həbs cəzası kəsilmişdi. İstintaq zamanı Fernandes sevgilisini öldürən dəstə ilə əlbir olduğunu, onun cəsədinin itlər tərəfindən parça-parça edildiyini təsdiqləsə də, özünün bu qətldə iştirak etdiyini boynuna almamışdı. Buna baxmayaraq, Fernandes həbs edilmişdi. Lakin cəza müddətinin 7 ilini çəkdikdən sonra martda məhkəmənin qərarı ilə azadlığa buraxılmışdı. Karyerasını bərpa etmək istəyən 32 yaşlı qolkiper Braziliyanın II divizion təmsilçisi “Boa Esporte” ilə müqavilə bağlasa da, fanatların və klubun sponsorlarının etirazı ilə üzləşmiş, nəticədə işsiz qalmışdı.

 

Prokurorluq hadisə ilə bağlı yeni faktlar əldə etdikdən sonra isə Brunonun həbsxanaya qaytarılmasına qərar verilib. Fernandesin günahı təsdiqləndiyindən, onun daha 15 il türmədə qalması lazım bilinib.

 

Qeyd edək ki, prokurorluğun versiyasına əsasən, Fernandes sabiq sevgilisini övladına görə aliment verməkdən boyun qaçırmaq üçün öldürüb.

 

0