[b]“Futbolçulara meydana qandal və silahla çıxmalarını tapşırdım”[/b]
26.04.2017 - 16:30
[b]“Futbolçulara meydana qandal və silahla çıxmalarını tapşırdım”[/b]

İspaniya La Liqasının autsayderi “Osasuna” bu gün XXXIV tur çərçivəsində “Barselona”nın qonağı olacaq. Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, “Osasuna”nın baş məşqçisi Peter Vasilyeviç oyunöncəsi təşkil edilən mətbuat konfransında rəqibin hücumçusu Lionel Messinin ünvanına tərif yağdırıb.

 

Serbiyalı mütəxəssis jurnalistin “Messini necə dayandıracaqsınız” sualını özünəməxsus şəkildə zarafatla cavablandırıb. O, argentinalının qarşısını almağın mümkünsüz olduğunu söyləyib: “Messi üçün bir plan tapmalıyıq. Futbolçulara meydana qandal və silahla çıxmalarını tapşırdım. Messi oyunu ilə insana zövq verən, çox ağıllı futbolçudu. 10 dəqiqə ərzində istədiyi hər şeyi edə bilir”.

 

Qeyd edək ki, “Barselona” – “Osasuna” görüşü Bakı vaxtı ilə saat 21:30-da başlayacaq.

0