[b]“Rəmiş Malıyev mənə yeni müqavilə təklif edib, amma...” [/b]
26.04.2017 - 16:40
[b]“Rəmiş Malıyev mənə yeni müqavilə təklif edib, amma...” [/b]

Bakı “İnter”inin yeni müqavilə təklif etdiyi futbolçulardan birinin adı bəlli olub. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Adrian Skarlatake ilə əməkdaşlığı davam etdirmək niyyətindədi.

 

Belə ki, klub rəhbərliyi rumıniyalı müdafiəçi ilə danışıqlara başlayıb. Məlumatı əməkdaşımızla söhbətində Skarlatake özü də təsdiq edib.

 

Təcrübəli futbolçu qarşı tərəfə hələ cavab vermədiyini bildirib: “Sabah ölkəmə yollanacam. “Kəpəz”lə matçda iştirak etməyəcəm. Baş məşqçi Zaur Svanadze ilə danışdım. O, mövsümün son matçında gənc oyunçulara şans verəcəyini dedi və ölkəmə getməyimə icazə verdi. “İnter” rəhbəri Rəmiş Malıyev komandada qalmağımı istəyir, mənə yeni müqavilə təklif edib, amma sözləşməyə hələ qol çəkməmişəm. Mayın 25-dək gözlədikdən sonra Bakıya qayıdacam. “İnter”də qalıb-qalmayacağım vəziyyətdən asılı olacaq. Şərtlər ürəyimcə olsa, qalmaq istəyərəm. Digər təkliflərin olub-olmayacağına baxdıqdan sonra qərarımı verəcəm”.

 

Qeyd edək ki, “İnter”ə ötən yay keçən Adrian Skarlatake əvvəllər ölkəmizdə “Xəzər Lənkəran” klubunun da formasını geyinib.    

 

 

0