[b]İslamiada: Azərbaycanlı hakimlər iş başında[/b]
26.04.2017 - 16:33
[b]İslamiada: Azərbaycanlı hakimlər iş başında[/b]

IV İslam Həmrəyliyi Oyunları çərçivəsində keçiriləcək futbol yarışlarını idarə edəcək azərbaycanlı hakimlər açıqlanıb. Apasport.az saytının məlumatına görə, referilər Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev və Orxan Məmmədov İslamiadanın oyunlarında baş və dördüncü hakim kimi iştirak edəcək.

 

Referi köməkçiləri Zeynal Zeynalov, Yaşar Abbasov, Rza Məmmədov və Namiq Hüseynov isə yan xətt hakimi funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, İslamiadanın futbol yarışları mayın 8-22-də keçiriləcək.

 

Mənbə: affa.az

0