[b]Dieqo Simeoneni gözləyən ağır cəza: Mövsümü erkən qapaya bilər[/b]
26.04.2017 - 20:07
[b]Dieqo Simeoneni gözləyən ağır cəza: Mövsümü erkən qapaya bilər[/b]

“Atletiko”nun baş məşqçisi Dieqo Simeoneni ağır cəza gözləyir. Apasport.az saytının məlumatına görə, buna səbəb argentinalı mütəxəssisin La Liqanın XXXIV turunda “Vilyareal”la oyunda hakimə qarşı etdiyi kobudluqdur.

 

Belə ki, matçın baş hakimi öz protokolunda qarşılaşmanın sonunda Simeonenin iki əlini hakimin çiynlərinə qoyaraq ona qışqırdığını qeyd edib.

 

Bu, isə İspaniya La Liqasının Nizamnaməsinin 3 maddəsinin pozulması deməkdir. Argentinalı üst-üstə 6 – 15 oyun arası cəzalandırıla bilər. Belə olan halda o, hətta Primeronun geridə qalan bütün oyunlarını buraxa bilər.

 

La Liqa rəhbərliyi son qərarı aprelin 28-də qəbul edəcək. “Atletiko” isə istənilən qərara qarşı apelyasiya şikayəti verməyə hazırlaşır.

 

Qeyd edək ki, Simeone 2014-cü ildə də 8 oyunluq cəza almış, Madrid klubunun şikayəti rədd edilmişdi.

0