[b]İslamiada: Azərbaycanlılarsız Azərbaycan yığması[/b]
27.04.2017 - 10:12
[b]İslamiada: Azərbaycanlılarsız Azərbaycan yığması[/b]

Qadın basketbolçulardan ibarət Azərbaycan millisinin heyəti müəyyənləşib. Apasport.az saytının əldə etdiyi məlumata görə, mayın 12-22-də Bakıda keçiriləcək İslam Həmrəyliyi Oyunlarında yığmamızın heyətində azərbaycanlı olmayacaq.

 

Belə ki, komandanın baş məşqçisi Tatyana Slojenitsina ötən il Avropa çempionatında güvəndiyi “dördlüy”ə şans verməyi planlaşdırır. Əgər hansısa zədə olmasa, Dina Ulyanova, Tatyana Deniskina, Abigail Mollenhauer və Marsedes Uolkeri sifariş edəcək.

 

Qeyd edək ki, millimiz A qrupunda Türkmənistan, Azərbaycan, Əlcəzair, Mali və Əfqanıstanla oynayacaq. Mayın 18-də start götürəcək yarış 4 gün davam edəcək. 

0