[b]Babel qadınla yaxalandı[/b] - FOTO
27.04.2017 - 11:18
[b]Babel qadınla yaxalandı[/b] - FOTO

“Beşiktaş”ın yarımmüdafiəçisi Rayan Babel gecə həyatı ilə gündəmə gəlib. Apasport.az saytının Türkiyə mətbuatına istinadən məlumatına görə, hollandiyalı futbolçu bir qadınla yaxalanıb.

 

Hazırda evli və 3 uşaq atası olan 31 yaşlı oyunçu dünən gecə bir xanımla restoranda yemək yeyib. Gecə saatlarında cütlük restoranı tərk edincə, kameraları görən Babel özünü itirib. Dərhal avtomobilinə doğru irəliləyən oyunçu restoran işçilərinə jurnalistlərə mane olmağı tapşırıb. Üzünü gizlədən qadın isə “çəkməyin, bu şəkli yayımlaya bilməyəcəksiniz” deyərək, avtomobilə minib.

 

Türkiyə mətbuatı bu hadisədən sonra Babelin həyat yoldaşının hansı reaksiya verəcəyini maraqla gözləyir.

 

Qeyd edək ki, Rayan Babel “Beşiktaş”a bu ilin əvvəlində “Deportivo”dan keçib.

0