[b]Dünya çempionatının ilk iştirakçısı müəyyənləşdi[/b]
27.04.2017 - 14:09
[b]Dünya çempionatının ilk iştirakçısı müəyyənləşdi[/b]

Klublararası dünya çempionatının ilk iştirakçısı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Meksikanın “Paçuka” klubu ilk vəsiqənin sahibi olub.

 

Şimali amerikalılar bunu KONKAKAF zonasında Çempionlar Liqasının qazanmaqla rəsmiləşdirib. Onlar buna finaldakı Meksika derbisində qalib gəlməklə imza atıb. Səfərdəki ilk oyunda 1:1 hesablı bərabərlikdən sonra “Paçuka” öz meydanında “Tiqres” üzərində qələbə qazanıb – 1:0.

 

Bu, Dieqo Alonsonun yetirmələrinə planetin ən nüfuzlu klub turnirində oynamaq imkanı verib. Dekabrın 6-16-da keçiriləcək çempionatda meydan sahibi BƏƏ çempionu və 6 konfederasiyanın Çempionlar Liqasının qalibi mübarizə aparacaq.

 

Qeyd edək ki, ilk dəfə 2000-ci ildə təşkil olunan çempionatın son qalibi Avropa təmsilçiləri olub.

0