[b]“İnter”in Müşahidə Şurasının yeni sədri bəlli oldu[/b]
27.04.2017 - 14:55
[b]“İnter”in Müşahidə Şurasının yeni sədri bəlli oldu[/b]

“İnter” Peşəkar İdman Klubunun Müşahidə Şurasının sədri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Azərbaycan Beynəlxalq Bankı ilə AFFA arasında  bağlanmış müqaviləyə uyğun olaraq idarəçiliyi assosiasiyaya verilmiş kluba Zaur Axundov rəhbərlik edəcək.

AFFA-nın İcraiyyə Komitəsinin üzvü Müşahidə Şurasına sədr təyin olunub. AFFA tərəfindən “İnter” Peşəkar İdman Klubuna səlahiyyətli nümayəndə təyin edilən Rəmiş Malıyev isə İcraçı direktor kimi fəaliyyət göstərəcək.

 

Mənbə: affa.az

0