[b]İslamiadaya qatılacaq idmançılarımızın sayı açıqlandı[/b]
27.04.2017 - 15:07
[b]İslamiadaya qatılacaq idmançılarımızın sayı açıqlandı[/b]

Azərbaycanın İslam Həmrəyliyi Oyunlarında neçə idmançı ilə təmsil olunacağı dəqiqləşib. Yarışın Əməliyyat Komitəsindən apasport.az saytına verilən məlumata görə, yığmamız İslamiadada 335 idmançı ilə təmsil olunacaq.

 

Mayın 12-22-də keçiriləcək yarışda komandamız 21 növün hər birində çıxış edəcək.

 

Qeyd edək ki, yarışın rəsmi açılış mərasimi mayın 12-də olsa da, İslam Həmrəyliyi Oyunları ayın 8-də futbol yarışı ilə başlayacaq. 

0