[b]“Elə təkliflər alırlar ki, buraxmağa məcburuq” – Zaur Svanadze[/b]
27.04.2017 - 17:04
[b]“Elə təkliflər alırlar ki, buraxmağa məcburuq” – Zaur Svanadze[/b]

Bakının “İnter” klubunun baş məşqçisi Zaur Svanadzenin apasport.az saytına müsahibəsi

 

- Futzal Federasiyanın prezidenti Zaur Axundovun “İnter”ə yeni rəhbər təyin olunması komandaya necə təsir göstərəcək? Onunla görüşmüsüzmü?

- Dəyişikliklərdən xəbərim var. Amma hələ yeni rəhbərlə görüşməmişəm. Zaur Axundovla görüşümüz sabaha nəzərdə tutulub. Düşünürəm ki, bu dəyişiklik komandaya yalnız müsbət mənada təsir edəcək. Görüşdən sonra bir çox məsələlərə aydınlıq gələcək.

 

- Yeni mövsümə hazırlıq planını müəyyənləşdirmisizmi?

- “Kəpəz”lə oyundan sonra futbolçuları istirahətə buraxacağıq. Təxminən mayın 23-25-də toplaşacağıq. Hələlik yalnız bunu müəyyənləşdirmişik.

 

- Bəs toplanışı harada keçirməyi planlaşdırırsız?

- Hazırlığa Bakıda başlayacağıq. Sonrasına isə baxarıq. Hələ bilinmir. Amma istərdik ki, avrokuboka və çempionatın yeni mövsümünə yaxşı hazırlaşaq.

 

- “İnter” yayda da transfer edə bilməyəcək. Bu vəziyyətdən necə çıxmağı düşünürsüz?

- Çox çətin vəziyyətdi. Onu bilirəm ki, mövcud durumdan çıxmaq ağır olacaq. Gözləmək lazımdı. Transferlərsiz çox çətindi. Çalışacağıq ki, çıxış yolunu tapaq.

 

- “Qəbələ” ilə oyundan sonra Səlahət Ağayev, Nizami Hacıyev və Tərlan Quliyevin “İnter”də qalmayacağını bildirmişdiniz. Daha hansı futbolçular başqa kluba keçəcək?

- Başqalarının təklif alıb-almadıqlarını bilmirəm. Onlara görə bizə heç kim müraciət etməyib.

 

- Rumıniyalı müdafiəçi Adrian Skarlatake “apasport”a açıqlamasında “İnter” rəhbərliyinin ona yeni müqavilə təklif etdiyini bildirib. Başqa kimlərlə əməkdaşlığı davam etdirmək fikrindəsiz?

- Bunu etməyə tələsmirik. Çünki bizi hələ “Kəpəz”lə oyun gözləyir. Bu görüşün nəticəsi “İnter” üçün formal xarakter daşısa da, diqqətimizi matça yönəltmişik. Mövsümün son oyunundan sonra futbolçularımızla yeni müqavilə barədə danışıq aparacağıq.

 

- Transfer qadağası ilə əlaqədar, yəqin ki, hazırkı heyətdən başqa klublarla anlaşmayan bütün futbolçuları saxlamaq istəyərsiz...

- Ürəyimdən onları saxlamaq keçir. Heç birini komandadan buraxmaq istəmərəm. Amma təkliflərdən də çox şey asılıdı. Elə təkliflər alırlar ki, buraxmağa məcburuq.

 

- Necə düşünürsüz, yeni rəhbərlik komandanı hazırkı vəziyyətdən çıxartmaq üçün nə etməlidi?

- Futbolda ən vacib məqamlardan biri stabillikdi. Klubun yeni rəhbərliyi ilk növbədə, buna fikir verməlidi. Stabillik olan yerdə uğur qazanmaq mümkündü. Dediyim kimi, “İnter”də stabillik olmalıdı. Bu, yerinə yetirilsin, sonrasına baxarıq.

 

- Növbəti mövsümdə də “İnter”i çalışdıracağınızı dəqiqləşdirmisiz?

- Hələ ki, yox (gülür). Amma hazırda komandadayam. “İnter”lə müqaviləmin müddəti iyula qədər nəzərdə tutulub.

 

 

0