[b]Konfederasiyalar Kubokunun hakimləri müəyyənləşdi[/b]
27.04.2017 - 17:16
[b]Konfederasiyalar Kubokunun hakimləri müəyyənləşdi[/b]

FİFA bu il Rusiyada keçiriləcək Konfederasiyalar Kubokunun hakimlərini açıqlayıb. Apasport.az-ın ali futbol qurumunun rəsmi saytına istinadən məlumatına görə, 36 hakim turnirdə iş başında olacaq.

 

Onlardan 9-u baş hakim kimi oyunlara təyinat alacaq. Bu baxımdan avropalılar çoxluq təşkil edirlər. Belə ki, “köhnə dünya”dan 3 FİFA referisi ədalət təmsilçisi rolunu oynayacaq. Yarış zamanı videotəkrarlardan da istifadə ediləcək ki, həmin vaxt ekran qarşısında epizodları təhlil edəcək hakimlər də müəyyənləşib. FİFA 8 referinin video köməkçi hakim funksiyasını yerinə yetirməsini məqsədəuyğun bilib.

 

FİFA Hakimlər Komitəsinin sədri Pyerluici Kollina təyinat alan bütün hakimlərin gələn il keçiriləcək dünya çempionatının final mərhələsinə namizəd olduqlarını söyləyib.

 

Baş hakimlər: Fahad əl-Mirdasi (Səudiyyə Ərəbistanı), Alireza Faqani (İran), Bakari Qassama (Qambiya), Uilyam Mark Geyger (ABŞ), Nestor Pitana (Argentina), Vilmar Roldan (Kolumbiya), Milorad Maziç (Serbiya), Canluka Rokki (İtaliya), Damir Skomina (Sloveniya)

Yan xətt hakimləri: Abdulah Alşalvay, Mohammed əl-Abakri (hər ikisi Səudiyyə Ərəbistanı), Reza Sokandan, Mohammedreza Mansuri (hər ikisi İran), Jan-Klod Birumuşahu (Burundi), Marva Ranqe (Keniya), Co Fletçer (Kanada), Karles Justin Morqante (ABŞ), Ernan Maydana, Xuan Pablo Belatti (hər ikisi Argentina), Aleksander Quzman, Kristian de la Kruz (hər ikisi Kolumbiya), Milovan Rıstiç, Dalibor Curceviç (hər ikisi Serbiya), Elentino Di Liberator, Mauro Tonolini (hər ikisi İtaliya), Yure Praprotnik, Robert Vukan (hər ikisi Sloveniya)

Video köməkçi hakimlər: Ravşan İrmatov (Özbəkistan), Malanq Dedui (Seneqal), Jair Marrufo (ABŞ), Enrike Kaseres (Paraqvay), Sandro Rikki (Braziliya), Ovidiu Hateqan (Rumıniya), Artur Dias (Portuqaliya), Klemen Turpin (Fransa)

Ehtiyat hakim: Abdelkader Zituni (Taiti)

 

Qeyd edək ki, Konfederasiyalar Kuboku 17 iyun – 2 iyul tarixlərində keçiriləcək.

0