[b]“Səbail” və “Ağsu” Premyer Liqada![/b]
27.04.2017 - 18:17
[b]“Səbail” və “Ağsu” Premyer Liqada![/b]

Azərbaycan Premyer Liqasına vəsiqə qazanan komandaların tam siyahısı məlum olub. Apasport.az saytının məlumatına görə, I divizionun qalibi “Turan Tovuz”un ardından yüksək liqaya vəsiqə qazanan digər iki komanda bəlli olub.

 

Son iki “xoşbəxt”in adına XXVI turun oyunları aydınlıq gətirib. İki yerə iddia edən üç komanda son turda səfər matçlarına çıxıb.

 

Bu turadək 2 xal üstünlüyə malik olan “Səbail” səfərdə “Bakılı”nı məğlub edib. Qələbə paytaxt təmsilçisini 2-ci yerdə saxlayıb və Premyer Liqaya vəsiqə qazandırıb.

 

3-cü yerin və son vəsiqənin sahibi “Qaradağ Lökbatan”la “Ağsu”nun qiyabi rəqabətində bəlli olub. I divizionun çempionu “Turan Tovuz”a uduzan paytaxt təmsilçisi mövqeyini əldən veribsə, əyalət klubu Şəmkirdə eyniadlı komandadan aldığı xalla 3-cü olub.

 

Qeyd edək ki, Tovuzdakı qarşılaşmadan sonra “Turan Tovuz”a çempionluq kuboku və medallar təqdim edilib.

 

I divizion

27 aprel

XXVI tur

“Rəvan” – “Şahdağ” - -:+

“Zaqatala” – “Şərurspor”  - +:-

MOİK – “Göyəzən” – 6:1

“Bakılı” – “Şəbail” – 1:7

“Şəmkir” – “Ağsu” – 0:0

“Turan-Tovuz” – “Qaradağ Lökbatan” – 2:1

“Mil-Muğan” – “Energetik” – 8:1

 

N

Klublar

O

Q

H

M

T-F

X

1

Turan Tovuz

26

18

7

1

62-11

61

2

Səbail

26

18

3

5

80-25

57

3

Ağsu

26

16

5

5

63-21

53

4

Qaradağ Lökbatan

26

17

1

8

64-31

52

5

Zaqatala

26

15

4

7

69-31

49

6

Şəmkir

26

15

3

8

41-20

48

7

Mil-Muğan

26

13

5

8

51-33

44

8

MOİK

26

10

6

10

47-31

36

9

Şahdağ

26

8

6

12

36-45

30

10

Şərurspor

26

7

4

15

36-54

25

11

Energetik

26

5

5

16

25-86

20

12

Bakılı

25

3

2

20

29-92

11

13

Rəvan

26

6

1

19

24-70

10

14

Göyəzən

26

2

4

20

20-96

10

 

 

 

0