[b]FİFA prezidentindən cənubi amerikalılara dəstək[/b]
27.04.2017 - 18:38
[b]FİFA prezidentindən cənubi amerikalılara dəstək[/b]

“Ən yaxşı futbolu Cənubi Amerikada nümayiş etdirirlər”. Apasport.az saytının məlumatına görə, bu sözləri FİFA-nın prezidenti Canni İnfantino deyib.

 

Çilinin paytaxtı Santyaqoda keçirilən KONMEBOL-unda konqresində çıxış edən İnfantino Cənubi Amerika qitəsinin təmsilçilərini bəyəndiyini açıqlayıb: “Ümid edirik ki, 2018-ci ildə keçiriləcək dünya çempionatında Cənubi Amerikadan olan yığma qalib gələcək. KONMEBOL da çox əla işləyir. Qurum inkişafdadı”.

 

Qeyd edək ki, DÇ-2018 Rusiyada keçiriləcək.

0