Derbi “Qalatasaray”a baha başa gəldi
27.04.2017 - 19:47
Derbi “Qalatasaray”a baha başa gəldi

Super Liqa təmsilçisi “Qalatasaray” cəzalandırılıb. Apasport.az saytının məlumatına görə, Türkiyə Futbol Federasiyasının Nizam İntizam “cim-bom”a bir oyunluq cəza verib.

 

Belə ki, “sarı-qırmızılar” “Fənərbaxça” ilə derbidə azarkeşlərinin etdiyi hərəkətlərə görə cəza çəkməli olacaq. Qərara əsasən, “Qalatasaray” 30-cu turda "Kasımpaşa" ilə ev oyununu azarkeşsiz keçirməli olacaq.

 

Qeyd edək ki, ötən həftə baş tutan derbidə "Fənər” 1:0 hesablı qələbə qazanmışdı.

0