Əfsanəvi futbolçu “evi”nə döndü
27.04.2017 - 23:13
Əfsanəvi futbolçu “evi”nə döndü

“Liverpul”un əfsanəvi futbolçusu Stiven Cerard doğma komandasına qayıdır. Apasport.az saytının məlumatına görə, o, növbəti mövsümdən “qırmızılar”ın U-18 komandasının “sükanı arxasına” keçəcək.

 

Keçmiş futbolçu yerli mətbuata açıqlamasında bu addımı “Liverpul”un baş məşqçisi Yurgen Kloppun məsləhətilə atdığını deyib:

“Yurgen mənə “Həyatda bir çox səhv edəcəksən, bunlardan çox şey öyrənəcəksən. İndi fəaliyyətə başla və böyü. Bunu kameralardan uzaq şəkildə həyata keçirəcəksən” dedi”.

 

Qeyd edək ki, Cerard 1998-2015-ci illər aralığında “Liverpul”un şərəfini qoruyub.

0