[b]6 il 7 ay davam edən həsrət başa çatacaqmı?[/b]
28.04.2017 - 00:00
[b]6 il 7 ay davam edən həsrət başa çatacaqmı?[/b]

Azərbaycan Premyer Liqasının sonuncu XXVIII turunda “İnter” “Kəpəz”ə qonaq olacaq. Apasport.az saytının məlumatına görə, bu qarşılaşma iki komanda arasında 26-cı görüş olacaq.

 

Geridə qalan 25 oyunda paytaxt təmsilçisi 15 dəfə qələbəyə sevinib. 6 görüşdə tarazlığın pozulmadığı ikili rəqabətdə 4 dəfə də gəncəlilər qalib gəliblər. Top fərqi də “İnter”in xeyrinədi – 22:47.

 

“Kəpəz” ardıcıl 12 oyun, üst-üstə 6 il 7 aydır ki, bakılılar üzərində qələbəyə həsrətdi. Gəncədəki son 3 oyunda isə tərəflər bir-birilərinə üstünlük göstərə bilməyiblər.

 

Qeyd edək ki, çempionatın sonuna bir tur qalmış “İnter” 3-cü yeri təmin etdiyi halda, “Kəpəz” Avrokuboklara vəsiqə verən sonuncu – 4-cü yer uğrunda mübarizəsini davam etdirir.

0