[b]Səhv şəkil paylaşdı, cəzalanacaq - FOTO[/b]
28.04.2017 - 00:17
[b]Səhv şəkil paylaşdı, cəzalanacaq - FOTO[/b]

“Yuventus”un kolumbiyalı futbolçusu Xuan Kuadrado sosial şəbəkədə paylaşdığı şəkillə diqqət mərkəzinə düşüb. Apasport.az saytının məlumatına görə, futbolçu şəxsi “instaqram” hesabında “Yuventus” formasında fotosunu yayımlayıb.

 

Ancaq məsələ ondadı ki, Kuadradonun əynindəki formanın üzərində klubun bir müddət öncə təqdim edilmiş yeni loqosu var. Yarımmüdafiəçi şəkli paylaşdıqdan bir qədər sonra onu silib. Bu da onu deməyə əsas verir ki, Kuadrado səhvən “Yuventus”un yeni mövsüm üçün nəzərdə tutulmuş formasını klubdan öncə tanıdıb. Onun paylaşımı məhz klub rəhbərliyinin göstərişi ilə sildiyi güman olunur.

 

İtaliya mətbuatında çıxan xəbərlər isə onun komandadan kənarlaşdırılacağını deyir.

 

0