[b]Türkiyə kubokunda inanılmaz geri dönüş[/b]
28.04.2017 - 00:33
[b]Türkiyə kubokunda inanılmaz geri dönüş[/b]

Türkiyə kubokunda ikinci yarımfinal oyunu keçirilib. Apasport.az saytının məlumatına görə, həlledici mərhələyə gedən ikinci qarşılaşmada “Kasımpaşa” “Konyaspor”u qəbul edib.

 

Konyalılar ilk hissədə 2:0 önə keçsə də, bu üstünlüyünü qoruyub saxlaya bilməyiblər.

 

Sona 8 dəqiqə qalmış isə “Kasımpaşa” “ayılıb”. Ardıcıl qollar vuran meydan sahibləri qələbəni bayram ediblər – 3:2. 

 

Qeyd edək ki, digər yarımfinal oyununda “Başakşəhər” evdə “Fənərbaxça” ilə bərabərə qalmışdı - 2:2.

 

Türkiyə kuboku

Yarımfinal, ilk oyun

27 aprel

 

“Kasımpaşa” – “Konyaspor” – 3:2

Qollar: Pavelka, 82, Adem Büyük, 85, Eduok, 86 – Hacıahmetoviç, 17, Bajiç, 45

0